Dövlətlər arasında “BIĞ BÖHRANI”-FOTO

Bölmə:
Dünya ›
Tarix:
21.01.2020
Oxunub:
111 dəfə

ABŞ-ın Cənubi Koreyadakı səfiri arasında Harry Harrisin bığı iki dövlət arasında diplomatic anlaşılmazlığa səbəb olub.

 

Oxucu informasiya verir ki, ABŞ səfirinin bığının müstəmləkə dövründəki Yaponiya liderlərini xatırlatdığını iddia edən cənubi koreyalılar bunu özlərinə təhqir kimi qəbul edirlər.

 

Yapon mənşəli ilə əlaqədar tənqidlərə məruz qaldığını qeyd edən H.Harris keçmiş hərbçi olduğunu əsas gətirərək bığının həyatındakı yeni dövrün rəmzi olduğunu deyib.

 

“Korea Times”a müsahibə verən diplomat, “Hərbçi həyat tərzimlə diplomat həyat tərzim arasında fərq yaratmaq istədim. Daha uzun olmağa çalışdım, artıq ola bilmərəm. Dolaysı ilə daha gənc olmağa çalışdım, onu da bacara bilmədim. Ancaq bığ saxlaya bilərdim ki, mən də elə etdim”, deyə bildirib.

 

Seul və Vaşinqton arasında münasibətlərin gərginləşməsinə toxunan H.Harris cənubi koreyalıların razılaşmalı olduqlarını bildirib: “Mən nəyəmsə, oyam. Bütün deyəcəklərim bundan ibarətdir ki, aldığım hər bir qərar ABŞ-ın Cənubi Koreyadakı səfiri olduğum həqiqətinə bağlıdır, Yaponiyanın Cənubi Koreyadakı səfiri olduğuma deyil”.

 

Qeyd edək ki, ABŞ diplomatı bığlı görünüşü ilə yaponiyalı general Yoshimichi Hasegawaya bənzədilir.

 

Xatırladaq ki, amerikalı hərbçi ilə yapon xanımın birgə nigahından dünyaya göz açan 63 yaşlı H.Harris ABŞ hərbi donanmasının zabiti olub.

 

Mənbə: “İki sahil”

Yoxlama kodu:97104
Ulduz falı-28.02.2020 00:12 28 Feb 2020
Dirisi gəldi, ölüsü getdi 11:54 27 Feb 2020
Koronavirus Kaliforniyada 11:51 27 Feb 2020
Ulduz falı-27.02.2020 02:42 27 Feb 2020