"Qarabağ"ın futbolçusu İtaliya klubunda?

Bölmə:
İdman ›
Tarix:
21.01.2020
Oxunub:
61 dəfə

"Qarabağ"ın futbolçusu Faysal Rerras Ağdam klubundan ayrıla bilər.

 

"Oxucu" informasiya verir ki, İtaliya B Seriyasının təmsilçisi "Benevento" belçikalı müdafiəçini transfer etmək istəyir.

 

Bildirilir ki, hazırda B Seriyasının lideri sürpriz olmayacağı təqdirdə, növbəti mövsümdən A Seriyasında çıxış edəcək. Komanda buna görə yeni mövsüm üçün heyətinə yeni futbolçular cəlb etməyi düşünür.

 

Xəbərdə 26 yaşlı oyunçunun "Qarabağ"la müqaviləsinin iyunda başa çatacağı vurğulanıb. Ağdam təmsilçisinin müqaviləni daha bir il uzatmaq imkanı olsa da, klubun bu hüquqdan yararlanmağı planlaşdırmadığı bildirilib. Rerrasla İtaliyanın "Krotone", Fransanın "Lans", Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klublarının da maraqlandığı iddia olunub.

 

Mənbə: Qol.az

 

Yoxlama kodu:44087
Ulduz falı-28.02.2020 00:12 28 Feb 2020
Dirisi gəldi, ölüsü getdi 11:54 27 Feb 2020
Koronavirus Kaliforniyada 11:51 27 Feb 2020
Ulduz falı-27.02.2020 02:42 27 Feb 2020