MSK üzvü seçki prosesindən danışdı-FOTO

Bölmə:
Siyasət ›
Tarix:
17.01.2020
Oxunub:
79 dəfə

Yanvarın 17-də Milli Məclisə seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Təşviqat kampaniyası 2020-ci il yanvarın 17-dən fevralın 8-i saat səhər 08:00-a qədər olan dövrü əhatə edir. "Oxucu" informasiya verir ki, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov deyib.

 

O deyib ki, bu günə qədər 1623 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: "Bu, əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir".

 

MSK rəsmisinin sözlərinə görə, Azərbaycanda güclü siyasi iradə mövcuddur və seçki prosesində iştirak etmək istəyən passiv seçki hüququ subyektləri bu mühitdən kifayət qədər yararlanmaq arzusundadırlar.

 

“Seçki prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. İnanıram ki, seçki prosesinin əsas mərhələsi olan səsvermə də qanunvericiliyin tələblərinə uyğun reallaşdırılacaq”, - deyə Qabil Orucov vurğulayıb.

 

Mənbə: Secki-2020.az

Yoxlama kodu:62463
Ulduz falı-28.02.2020 00:12 28 Feb 2020
Dirisi gəldi, ölüsü getdi 11:54 27 Feb 2020
Koronavirus Kaliforniyada 11:51 27 Feb 2020
Ulduz falı-27.02.2020 02:42 27 Feb 2020