Aida Yespica: Məşhur qadınla eşq yaşadım-FOTOLENT

Tarix:
15.01.2020
Oxunub:
93 dəfə

Bir müddət Türkiyənin “Beşiktaş” klubunun formasını geyinən Matteo Ferrari ilə eşq yaşayan məşhur model Aida Yespicanın İtaliyada qatıldığı televiziya proqramında şəxsi həyatı ilə bağlı etirafı İtaliyada gündəmi ələ alıb.

 

"Oxucu" informasiya verir ki, "Məşhur qadınla eşq münasibətim var idi", deyən venesuelalı Yespica adını hətta işgəncə altında da deməyəcəyini bildirib: “O, həqiqətən məşhurdur və hamı tanıyır. Aramızda çox qısqanclıq var idi. Əvvəllər kişilərlə olan münasibətlərlə müqayisədə daha çox idi.”

 

Münasibətləri bitdikdən sonra bəzən rastlaşdıqlarını deyən məşhur model, "Bəzən bir-birimizi görürük və gülümsəyirik, ancaq aramızda yalnız dostluq var. Keçmişdəki ehtiras yoxdur", deyib.

 

Qeyd edək ki, M.Ferrari ilə münasibətlərindən Aron adlı bir oğlu olan Yespica ölkəsində gözəllik kraliçası seçilib.

 

Mənbə: “İki sahil”

Yoxlama kodu:88765
Qarabağda çaxnaşma 15:31 21 Feb 2020
Cəbhədə atəş kəsilmir 10:36 21 Feb 2020
Ulduz falı-21.02.2020 00:10 21 Feb 2020