Moskvada nəticəsiz zirvə

Bölmə:
Dünya ›
Tarix:
14.01.2020
Oxunub:
60 dəfə

Liviyada vətəndaş müharibəsinin tərəfləri arasında atəşkəsin davamlılığını təmin etmək üçün hazırlanan münqavilə imzalanmayıb.

 

Oxucu informasiya verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, Moskvada təşkil olunmuş zirvə görüşündə rəsmi Ankara ilə Kremlin təşəbbüsü nəticəsində hazırlanan müqaviləsi BMT tərəfindən tanınan hökumətin Baş naziri Fəyaz əl-Sərrac tərəfindən imzalansa da, üsyançı general Xəlifə Həftər bundan imtina edib. Sabaha qədər vaxt istəyən Həftər bu səhər müqaviləni imzalamadan Moskvanı tərk edib.

 

Həftərin Moskvadan ayrılıdığı saatlarda ona bağlı Liviya Milli Ordusu saytında açıqlama yayıb. Üsyançılar Tripoliyə hücumlarını davam etdirəcəklərini və qələbəyə nail olmaq üçün hazır və qərarlı olduqlarını bəyan ediblər.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:83312