Güclü qar Gürcüstanda fəsadlar yaradıb

Bölmə:
Dünya ›
Tarix:
13.01.2020
Oxunub:
78 dəfə

Gürcüstanın Acarıstan Muxtar Respublikasında ikinci gündür davam edən güclü qar bir sıra fəsadlar törədib.

 

"Oxucu" informasiya verir ki, bölgənin yüksək dağlıq rayonlarında qarın hündürlüyü bir metrə çatır.

 

İntensiv yağıntı Şuaxevi və Xulo rayonlarında daha ciddi problemlər yaradıb. Rayonların bir neçə kəndində elektrik enerjisinin təminatında məhdudiyyətlər yaranıb, yollar avtomobillərin hərəkəti üçün keçilməz olub. Kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

 

Güclü qar səbəbindən Acarıstanın Qoderdzi dağ kurortu yaxınlığında turistlərin olduğu avtomobil yolda qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunub.

 

Gürcüstanda intensiv qar və aşağı temperatur səbəbindən bəzi ölkədaxili yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunur.

Mənbə: “Report”

 

Yoxlama kodu:73462