Vulkanın fonunda toy rəsimləri-FOTOLENT

Bölmə:
Maraqlı ›
Tarix:
13.01.2020
Oxunub:
65 dəfə

Öz toyunu planlaşdıran cütlük Filippində yaşanan fövqəladə bir haldan səmərəli istifadə edib.

 

Oxucu informasiya verir ki, Çino Vaflor və Kat Bautista Palomar ölkənin ən aktiv vulkanlarının yerləşdiyi Taal ərazisindən bir qədər aralıda toy mərasimi təşkil etmək qərarına gəliblər.

 

Mərasim başlayana yaxın məlum olub ki, Taal vulkanı fəallaşıb və kilometrlərlə yüksəkliyə kül və buxar qalxmağa başlayıb.

 

Toy mərasiminin baş tutduğu məkan bir qədər yüksəklikdə və aralıda olduğundan vulkan qonaqları narahat etməyib.

 

Toyun fotoqrafı vulkanın yaratdığı fondan məharətlə istifadə edərək, cütlük üçün fotoalbom hazırlayıb. O, 8 illik peşəkar fəaliyyəti dövründə bu qədər maraqlı halla qarşılaşmadığını bildirib.

 

Qonaqlar toyda havada külün uçuşduğunu bildirib, lakin buna baxmayaraq, vulkanın işıqlarında və yaratdığı buludun önündə çoxlu şəkillərini paylaşıblar.

 

Mənbə: “İki sahil”

Yoxlama kodu:21541