Milyarder Aya uçmaq üçün yoldaş axtarır

Bölmə:
Maraqlı ›
Tarix:
13.01.2020
Oxunub:
60 dəfə

Yaponiyalı milyarder Yusaku Maezaua “Space X” kosmik gəmisi ilə aya uçmaq üçün özünə xanım yoldaş axtarır.

 

Oxucu informasiya verir ki, 2023-cü ildə baş tutacaq bu missiya 1972-ci ildə aya insanın ilk ayaq basmasından sonra birinci belə səfər olacaq.

 

44 yaşlı milyarder onlayn müraciətində 27 yaşlı aktrisa sevgilisi Ayame Qoriki ilə ayrıldığını da bildirib.

 

O, şərtlərini qeyd edib və bildirib ki, müraciət edəcək qadınlar subay, pozitiv və kosmosa hədsiz marağı olan biriləri olmalıdır.

 

Maezaua müraciətlərlə bağlı son qərarını mart ayının sonunda açıqlayacaq.

 

Xatırladaq ki, Maezaua Yaponiyanın “Zozo” onlayn geyim satışı şirkətinin təsisçisidir və şəxsi mülkünün 3 milyard dollara yaxın olduğu güman olunur.

 

Mənbə: "İki sahil"

Yoxlama kodu:43028