Almaniyada bomba həyəcanı

Bölmə:
Dünya ›
Tarix:
13.01.2020
Oxunub:
62 dəfə

14 min insan təxliyə edilib


Almaniyanın Dortmund şəhərində 14 min adam, 2 Dünya Döyüşü bombası zərərsizləşdirmək üçün evlərindən təxliyə edildi.

 

“Oxucu” informasiya verir ki, İkinci Dünya Müharibəsindən qalan 2 bombanın zərərsizləşdirilməsi üçün Dortmund şəhərində yaşayan 14 min adam təxliyə edilib. Səlahiyyətlilər Amerika və İngiltərəyə məxsus bombalarının 250 kiloqram ağırlığında olduğunu söyləyiblər. İki xəstəxanada olan insanlar məktəblərə yerləşdirilib. Şəhərin dəmir yolu stansiyası müvəqqəti bağlanıb. Saatlarla davam edən əməliyyatdan sonra hər iki bomba zərərsizləşdirilib.

 

Mənbə:“İki sahil”

Yoxlama kodu:39468