2 evdən 5300 ABŞ dollar oğurlanıb

Bölmə:
Hadisə ›
Tarix:
10.01.2020
Oxunub:
71 dəfə

Sumqayıt şəhərində 2 evdən ümumilikdə 5300 ABŞ dolları, 1 ədəd fotoaparat və 100 metr elektrik naqili oğurlanıb.

 

Oxucu DİN mətbuat xidmətinə istinadən informasiya verir ki, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılıb.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:27398