DİN: Zaur Əliyevin meyiti tapılıb

Bölmə:
Hadisə ›
Tarix:
10.01.2020
Oxunub:
109 dəfə

Daxili İşlər Nazirliyi (DİN) İmişlidəki qətl hadisəsi ilə bağlı məlumat yayıb.

 

Oxucu nazirliyin mətbuat xidmətinə istinadən informasiya verir ki, yanvarın 10-da saat 5 radələrində İmişli rayonunun Ağamalılar kəndi ərazisindəki meşə zolağında şəhər sakini Zaur Əliyevin bıçaqla qətlə yetirilmiş meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini E.Quliyev saxlanılıb.

 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:85437