"Atletiko" 3-2 "Barselona"-VİDEO

Bölmə:
İdman ›
Tarix:
10.01.2020
Oxunub:
61 dəfə

Yanvarın 9-da İspaniya Superkubokunun ikinci yarımfinal oyunu keçirilib.

 

"Oxucu" informasiya verir ki, ikinci oyunda “Barselona” “Atletik Madrid” komandası ilə üz-üzə gəlib.

 

“Kinq Abdullah Sports City” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 3:2 hesab ilə qələbə qazanıb.

 

Oyunda hər beş qol ikinci hissədə vurulub.

 

Görüşün 46-cı dəqiqəsində Koke “Atletiko”nu hesabda önə keçirib - 0:1. Qoldan beş dəqiqə sonra Lionel Messi hesabı bərabərləşdirib - 1:1. Matçın 62-ci dəqiqəsində Antuan Qrizman köhnə komandasının qapısına yol taparaq “Barselona”nı hesabda irəli çıxardıb - 2:1.

 

Qarşılaşmanın 81-ci və 86-cı dəqiqələrində Madrid təmsilçisi ardıcıl iki qol vuraraq İspaniya Superkubokunun finalına yüksəlib. Alvari Moratta və Anxel Korea komandaların vacib qolların vurublar.

 

Madridlilər finalda “Real Madrid” klubu ilə qarşılaşacaq.

 

“Real Madrid” yanvarın 8-də “Valensiya” klubunu 3:1 hesabı ilə məğlub edərək finala yüksəlmişdi.

 

Qeyd edək ki, İspaniya Superkuboku Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.

 

Turnirin final görüşü yanvarın 12-də reallaşacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Mənbə: "İki sahil"

Yoxlama kodu:16452