Rəsmi Bakı Klod Nikolyeni bağışladı

Bölmə:
Siyasət ›
Tarix:
09.01.2020
Oxunub:
57 dəfə

İsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

 

XİN-in mətbuat xidmətindən Oxucuya daxil olan informasiyaya görə, məktubunda Klod Nikolye Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib.

 

İsveçrə Konfederasiyasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:94062