"Qalatasaray" 3-cü transferi gerçəkləşdirdi

Bölmə:
İdman ›
Tarix:
09.01.2020
Oxunub:
66 dəfə

"Qalatasaray" nigeriyalı ulduzla razılaşıb.

 

"Oxucu" informasiya verir ki, yanvarın 8-də Eskişehirspor ilə müqaviləsi ləğv edilən 23 yaşındakı futbolçu Jesse Sekidikanın qısa müddətdə düşərgəyə qatılacağı bildirilib.

 

88 min avro ödənmədiyi üçün FİFA-ya müraciət edən Jesse Sekidika dekabrın sonunda sərbəst buraxıldığını söyləyən rəsmi məktub alıb.

 

1-ci liqa klubu olan "Eskişehirspor"la müqaviləsini ləğv edən futbolçu "sarı-qırmızı"lı komanda ilə 3.5 illik müqaviləyə imza atıb.

 

Mənbə: "İki sahil"

Yoxlama kodu:80657