Millimizin baş məşqçisi yanvarın 28-də təyin olunacaq-FOTOLENT

Bölmə:
İdman ›
Tarix:
08.01.2020
Oxunub:
60 dəfə

Bu gün “Bulvar oteldə” AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Oxucu AFFA-ya istinadən informasiya verir ki, iclasda 2020-ci il yanvarın 28-də AFFA-nın növbəti Konfransı keçirilməsinə qərar verilib.

 

Qəbul olunan qərara görə, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşdirilərək 2020-ci il yanvarın 28-də keçiriləcək AFFA-nın növbəti Konfransından sonra İcraiyyə Komitəsinin ilk iclasına təqdim olunmalıdır.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:27745