Gəncədə ev yandı

Bölmə:
Hadisə ›
Tarix:
08.01.2020
Oxunub:
57 dəfə

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 152 m² olan birmərtəbəli 4 otaqlı evin lambirindən ibarət tavanı 10 m² sahədə və dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb.

 

Oxucu FHN-ə istinadən informasiya verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:35335