Nəhəng gəmi batdı-Yüzlərlə insan həyatını itirdi

Bölmə:
Dünya ›
Tarix:
27.12.2019
Oxunub:
74 dəfə

Qərbi Afrika ölkəsi Benin sahillərində gəminin batması nəticəsində ölənlərin sayı 200-ə çatıb.

 

"Oxucu" informasiya verir ki, Nigeriyadan Beninə üzən gəmi sahilə bir neçə kilometr qalmış batıb. Məlumata görə, göyərtədə dini ayinə gedən xristian dininə məxsus insanlar olub. Onların dəqiq sayı barədə məlumat yoxdur. Yerli dairələr çox sayda insanın itkin düşdüyünü hesab edir.

 

Onların tapılması üçün xilasedicilər cəlb edilib. Güman edilir ki, gəminin batmasına nəzərdə tutulduğundan çox yüklənməsi səbəb olub.

 

Mənbə: Publika.az

Yoxlama kodu:39002