Aşıq Samirə TÜKƏNDİ

Tarix:
20.12.2019
Oxunub:
87 dəfə

“Allahdan möhlət istəyirəm ki…”


"Çox vaxt güclü olmaqdan bezirəm. Amma hər şeyə rəğmən güclü olmalıyam".

 

“Oxucu” informasiya verir ki, bu sözləri aşıq Samirə Əliyeva instaqramda yazıb. Tükəndiyini yazan məşhur şəxsi həyatında yaşanan problemlərə toxunub:

 

"Çünki üzərimdə öhdəliklərim var: Allahın mənə verdiyi iki əmanət - övladlarım. Allahdan səbir və möhlət istəyirəm ki, əmanətlərə sona qədər sahib çıxa bilim".

 

Qeyd edək ki, aşıq bir neçə il əvvəl ayrıldığı həyat yoldaşı, prodüser Rizvan Məmmədovla barışsa da, onların münasibəti çox davam etmədi. Bu, Samirə Əliyevanın ikinci evliliyidir. Onun ilk evliliyindən qızı, ikincidən isə oğul övladı var. R.Məmmədov Samirənin prodüseri olub. O da bir dəfə ailə həyatı qurub və bu nikahdan oğlu dünyaya gəlib.

 

Mənbə: Publika.az

Yoxlama kodu:75022