Cəbhədə atəş kəsilmir

Bölmə:
Hərbi ›
Tarix:
13.12.2019
Oxunub:
84 dəfə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

 

Oxucu informasiya verir ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizin atəşə tutulduğunu bildirir.

 

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Qaraqaşlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:28391