"Qarabağ" İspaniyaya yollanıb

Bölmə:
İdman ›
Tarix:
26.11.2019
Oxunub:
39 dəfə

"Qarabağ" komandası UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Sevilya" ilə oyun üçün İspaniyaya gedib.

 

"Oxucu" informasiya verir ki, Ağdam təmsilçisi saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Sevilyaya yollanıb. Komandanı 6,5 saatlıq uçuş gözləyir.

 

Sabah Bakı vaxtı ilə saat 21:40-a baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan 20 dəqiqə sonra komandanın açıq məşqi olacaq.

 

Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 24:00-da başlayacaq. "Qarabağ"ın Bakıya dönüşü noyabrın 29-na nəzərdə tutulub. Komanda saat 21:00-da Vətənə çatmalıdır.

 

Mənbə: "Report"

Yoxlama kodu:35824
Cəbhədə atəş kəsilmir 12:32 13 Dec 2019
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019