İsraildə DÖVLƏT ÇEVRİLİŞİ?

Bölmə:
Dünya ›
Tarix:
22.11.2019
Oxunub:
60 dəfə

İsrail Baş naziri Benyamin Netanyahu barəsində 3 müxtəlif məhkəmə dosyesi tərtib edilməsi və ittiham olunmasını dövlət çevrilişi adlandırıb.

 

"Oxucu" informasiya verir ki, Baş nazir Qərbi Qüdsdəki ofisində məsələ ilə bağlı təşkil etdiyi mətbuat konfransında danışıb.

 

Haqqında qaldırılan ittihamları təkzib edən Netanyahu bildirib ki, Baş prokuror Aviçay Mandelblit və İsrail polisi vaxtı xüsusilə dəqiqliklə seçib. Haqqında aparılan istintaq araşdırmaları bəzi suallar doğurur və bu da əks tərəfin etibarlılığını zədələyir.

 

Baş nazir onu istintaqa cəlb edənlərin araşdırılmasını tələb edib.

 

Qeyd edək ki, Baş prokuror Aviçay Mandelblit Netanyahunu rüşvət, vəzifəsindən sui-istifadə və sənədlərdə saxtakarlıqda ittiham edir.

 

Mənbə: Publika.az 

Yoxlama kodu:51902
Cəbhədə atəş kəsilmir 12:32 13 Dec 2019
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019