Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib

Bölmə:
Siyasət ›
Tarix:
21.11.2019
Oxunub:
49 dəfə

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

 

"Oxucu" informasiya verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəldi.

 

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verdi.

 

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.

 

Azərbaycanın dövlət himni səsləndirildi.

 

Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:27453
Cəbhədə atəş kəsilmir 12:32 13 Dec 2019
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019