"Milan"ın təklifinin detalları bəlli olub

Bölmə:
İdman ›
Tarix:
21.11.2019
Oxunub:
50 dəfə

İtaliya təmsilçisi “Milan”ın ABŞ-ın “Los-Anceles Qelaksi” klubundan ayrılan Zlatan İbrahimoviçə təklif etdiyi müqavilənin detalları bəlli olub.

 

"Oxucu" informasiya verir ki, “rossoneri”lər 38 yaşlı hücumçu ilə 6 ay + 1 il şərti ilə sözləşmə imzalamaq istəyirlər. “Milan”ın 18 ay üçün isveçli forvarda 6 milyon avro maaş təklif etdiyi bildirilir.

 

Qeyd edək ki, İbrahimoviç ötən il transfer olunduğu “Los-Anceles Qelaksi”nin heyətində keçirdiyi 58 oyundan 53 qol vurub və 15 məhsuldar ötürmə verib. Forvard daha öncə vətənində “Malmö”, Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter”, “Milan”, İspaniyanın “Barselona”, Fransanın PSJ və İngiltərənin “Mançester Yunayted” komandalarının formasını geyinib.

 

Mənbə: “Report”

Yoxlama kodu:98076
Cəbhədə atəş kəsilmir 12:32 13 Dec 2019
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019