Prezident Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Bölmə:
Siyasət ›
Tarix:
21.11.2019
Oxunub:
124 dəfə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

 

"Oxucu" informasiya verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

 

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Şöhrət” ordenli Əməkdar müəllim Ofeliya Babayeva, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, 1 nömrəli poliklinikanın baş həkimi Arzu Bəndəliyeva, Əməkdar inşaatçı Maqsud Maqsudov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov çıxış etdilər.

Yoxlama kodu:95818