Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib

Bölmə:
Siyasət ›
Tarix:
21.11.2019
Oxunub:
123 dəfə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.

 

"Oxucu" informasiya verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

 

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlər haqqında məlumat verdi.

 

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Yoxlama kodu:37896