Müsavat Partiyasının başqanı saxlanılıb

Bölmə:
Siyasət ›
Tarix:
12.11.2019
Oxunub:
64 dəfə

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.

 

"Oxucu" informasiya verir ki, bu barədə partiyadan məlumat verilib.

 

Bildirilib ki, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.

 

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək, piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.

 

Mənbə: "Report"

Yoxlama kodu:17495
Cəbhədə atəş kəsilmir 12:32 13 Dec 2019
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019