Prezident Musa Yaquba ev verdi

Tarix:
07.11.2019
Oxunub:
34 dəfə

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.

 

"Oxucu" informasiya verir ki, bu barədə şairin özü məlumat verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır.

 

Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib:

 

“Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.

 

Mənbə: “Qafqazinfo”

Yoxlama kodu:63906