Birinci vitse-prezident Mehriban Əliyeva “Neft Daşları”nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib

Bölmə:
Siyasət ›
Tarix:
07.11.2019
Oxunub:
32 dəfə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Neft Daşları”nın 70 illiyi münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

 

"Oxucu" informasiya verir ki, paylaşımda deyilir: “Bu gün əfsanəvi “Neft Daşları”nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!”.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:40051