DTX və polis əməliyyat keçirdi-Əcnəbi vətəndaş oğurluq üstə yaxalandı

Bölmə:
Hərbi ›
Tarix:
05.11.2019
Oxunub:
119 dəfə

Noyabrın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

 

"Oxucu" informasiya verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib.

 

Nizami RPİ 25-ci Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Şıxlı keçid məntəqəsində saxlanılıb.

 

Mənbə: Trend

Yoxlama kodu:38188
Cəbhədə atəş kəsilmir 12:32 13 Dec 2019
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019