"Qarabağ"ın oyunu "xüsusi matçlar" siyahısında

Bölmə:
İdman ›
Tarix:
29.10.2019
Oxunub:
56 dəfə

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununu "xüsusi diqqət mərkəzində saxlanması vacib qarşılaşmalar" siyahısına daxil edib.

 

"Oxucu" informasiya verir ki, qitənin ali futbol qurumu Ağdam klubunun Lüksemburqda "Düdulanj"la keçirdiyi matçı zamanı baş verən "dron təxribatı"nı əsas götürərək bu addımı atıb.

 

UEFA bu məqsədlə APOEL-dən Nikosiyadakı qarşılaşmanın təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib.

 

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında 3-cü turda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

 

Mənbə: Qol.az

Yoxlama kodu:92255