Sabiq "Qalatasaray"lı həmyerlisinin dişlərini qırıb

Bölmə:
İdman ›
Tarix:
28.10.2019
Oxunub:
57 dəfə

Hollandiyanın AZ komandasının futbolçusu Pantellis Hatsidiakosun PSV ilə səfər oyununda dişləri qırılıb.

 

"Oxucu" informasiya verir ki, PSV-nin yunanıstanlı legioneri Konstantinos Mitroqlu matçın 80-ci dəqiqəsində həmyerlisinin çənəsinə dirsəyi ilə vurub.

 

Toqquşma nəticəsində Alkmaar təmsilçisinin 22 yaşlı müdafiəçisi iki dişini itirib.

 

Qeyd edək ki, qarşılaşma AZ komandasının 4:0 hesablı qələbəsi ilə bitib. Müqavilə ilə Fransa "Olimpik"inə məxsus olan Konstantinos Mitroqlu ötən mövsümün ikinci yarısında icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda çıxış edib.

 

Mənbə: "Report"

 

Yoxlama kodu:59645