Əli Əsədov Dmitri Medvedevlə görüşüb

Bölmə:
Siyasət ›
Tarix:
25.10.2019
Oxunub:
59 dəfə

Moskvada Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiyanın hökumət başçısı Dmitri Medvedev arasında görüş keçirilib.

 

"Oxucu" informasiya verir ki, görüş MDB Hökumət Başçıları Şurasının iclası çərçivəsində baş tutub.

 

Görüşdə D.Medvedev əvvəlcə Əli Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib: "Azərbaycan həmişə Rusiya tərəfinin dəstək və köməyinə ümid bəsləyə bilər".

 

D.Medvedev qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi artıb.

 

Azərbaycanın Baş naziri Ə.Əsədov isə təbrikə görə təşəkkür edib.

 

Mənbə: "Report"

 

Yoxlama kodu:16365