Zakir Həsənov Brüssel gedib

Bölmə:
Hərbi ›
Tarix:
24.10.2019
Oxunub:
53 dəfə

Azərbaycanın Müdafiə naziri NATO toplantısında iştirak edəcək


NATO-nun Mənzil-Qərargahında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasina töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb.

 

"Oxucu" informasiya verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

 

Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:26042