ABŞ-dan Türkiyəyə növbəti TƏHDİD: Əməliyyat davam etdirilərsə...

Bölmə:
Dünya ›
Tarix:
23.10.2019
Oxunub:
58 dəfə

Suriyada əməliyyatın davam etdirilməsi ABŞ tərəfindən Türkiyəyə qarşı genişmiqyaslı sanksiyaları tətbiqinə gətirib çıxaracaq.

 

"Oxucu" infromasiya verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens “Fox News” telekanalına müsahibəsində bildirib.

 

Vitse-prezidenti qeyd edib ki, Vaşinqton döyüş hərəkətlərinin dayandırılmasını alqışlayır və atəşin tam dayandırılmasına ümid edir.

 

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat terrorçuların bölgədən çəkilməsi üçün 120 saat müddətində dayandırılmışdı.

 

Oktyabrın 22-də isə Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi 6 saatlıq görüşündə Suriyanın şimalında yaradılacaq təhlükəsiz zona ilə bağlı razılıq əldə edilib.

 

Mənbə: Publika.az

Yoxlama kodu:62726