Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb

Bölmə:
Maraqlı ›
Tarix:
17.10.2019
Oxunub:
52 dəfə

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı 19-cu əsrdə dərc edilmiş nadir kitab tapılıb.

 

"Oxucu" informasiya verir ki, şair, filosof və alim Abdurrəhman Caminin 12-ci əsrdə yaşamış Misir alimi İbn Hacibin “El-Kafiye” əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub.

 

Kitab hazırda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun “Qeyri-adi tapıntılar” guşəsində saxlanılır.

 

Qeyd edək ki, çeşidləmə zamanı aşkar olunan maraqlı əşyalar “Qeyri-adi tapıntılar” guşəsində yerləşdirilməklə “Təmiz Şəhər” ASC-yə təşkil olunan məlumat turlarnın iştirakçılarına nümayiş edilir.

 

Mənbə: Trend

Yoxlama kodu:13591