İtaliya millisi 81 ildən sonra...

Bölmə:
İdman ›
Tarix:
16.10.2019
Oxunub:
75 dəfə

İtaliya millisi Avro-2020-nin seçmə mərhələsində Lixtenşteynə 5:0 hesabıyla qalib gəlməklə tarixi rekordunu yeniləyib.

 

"Oxucu" informasiya verir ki, Roberto Mançininin rəhbərlik etdiyi komanda ardıcıl 9 oyundur ki, qələbə qazanır. Yığmanın qalibiyyət seriyası 2018-ci ilin martında ABŞ-la oyundan (1:0) başlayıb.

 

İtaliya millisi sonuncu dəfə 1938-ci ildə Vittorio Potsonun rəhbərliyi altında dalbadal 9 rəsmi matçda qələbə qazanmışdı.

 

Qeyd edək ki, İtaliya yığması Avro-2020-nin seçmə mərhələsində yer aldığı J qrupunda 24 xalla liderdir.

 

Mənbə: Qol.az

Yoxlama kodu:33359