Dosent Günel Məmmədova beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib-FOTO

Tarix:
09.10.2019
Oxunub:
124 dəfə

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin səviyyəsinə, aktuallığına görə Sinqapurun “Materialşünaslığın Tədqiqi və Tətbiqi” beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.

 

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Oxucuya daxil olan informasiyaya görə, gənc alim Naxçıvan Muxtar Respublikasının təbii mineralı-seolitlə bağlı müasir analiz metodlarından istifadə etməklə yüksək nailiyyətlər əldə edib. Apardığı mühüm elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir neçə xarici ölkələrinin nüfuzlu beynəlxalq jurnallarında rus və ingilis dillərində işıq üzü görüb. Onun seolitlərin tətbiq sahələrindən, onların alınma şəraitindən və müxtəlif quruluş tipli seolitlərin sintezindən bəhs edən kitab və monqrafiyaları ölkə və xarici nəşriyyatlarda çap olunub.

 

Qeyd edək ki, Günel Məmmədova İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının “Qeyri üzvü kimya” jurnalının məsləhətçi redaksiya heyətinin, Новый Университет (Yeni Universitet, Rusiya), həmçinin American Journal of Modern Physics (Müasir fizikanın Amerika jurnalı) və İnorganic chemistry (Qeyri üzvü kimya) beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:50358
YAP qərar qəbul etdi 15:11 10 Dec 2019