Elman Abdullayev PAP-ın iclasında iştirak edib-FOTOLENT

Bölmə:
Siyasət ›
Tarix:
09.10.2019
Oxunub:
34 dəfə

Pan-Afrika Parlamentinin (PAP) Prezidenti Rocer Nkodo Danqın dəvəti əsasında ölkəmizin Afrika İttifaqı yanındakı Daimi nümayəndəsi, səfir Elman Abdullayev Pan-Afrika Parlamentinin üçüncü sessiyasında iştirak etmək məqsədilə Cənubi Afrika Respublikasının Midrand şəhərinə səfər edib.

 

Ölkəmizin Efiopiyadakı Səfirliyindən Oxucuya daxil olan informasiyaya görə, səfər çərçivəsində səfir Elman Abdullayev PAP-ın prezidenti, eləcə də bir sıra afrikalı millət vəkilləri ilə görüşlər keçirib.

 

Eyni zamanda, səfir E.Abdullayev PAP-ın üçüncü sessiyası çərçivəsində afrikalı parlamentarilər qarşısında çıxış edib.

 

Çıxış zamanı səfir E.Abdullayev səfərə görə PAP-ın prezidentinə təşəkkürünü bildirib, Azərbaycan-Afrika münasibətləri barədə PAP üzvlərinə və tədbirdə iştirak edən afrikalı parlamentarilərə ətraflı məlumat verib. Bununla yanaşı, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına (QH) sədrlik edəcəyini qeyd edən səfir E.Abdullayev ölkəmizin qarşıdan gələn sədrliyinin prioritetləri və 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək QH-nin XVIII Zirvə Görüşü ilə bağlı məlumat verib. Habelə, səfir E.Abdullayev Afrikanın QH-nin yaradılmasında, eləcə də QH-nin Afrika ölkələrinin müstəqilliyinin möhkəmləndirilməsində xüsusi rol oynadığını bildirərək, sədrliyimiz çərçivəsində Afrika ilə münasibətlərimizin daima sıx şəkildə aparılacağını bildirib.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:76195