Sinoptiklər xəbərdarlıq edirlər...

Bölmə:
Cəmiyyət ›
Tarix:
08.10.2019
Oxunub:
152 dəfə

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

 

"Oxucu" informasiya verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, oktyabrın 9-u gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi proqnozlaşdırılır.

 

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 9-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin gündüz saatlarında güclü şimal-qərb küləyinə keçəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

Mənbə: AZƏRTAC

Yoxlama kodu:33992
İrana qarşı şok həmlə 13:11 21 Nov 2019