Müharibə elan edildi

Bölmə:
Dünya ›
Tarix:
07.10.2019
Oxunub:
158 dəfə

“ABŞ bizə verdiyi sözün üstündə dayanmadı. Buna görə də Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatlarına cavab verəcəyik”.

 

"Oxucu" informasiya verir ki, bunu PKK/YPG terror təşkilatının Suriya Demokratik Qüvvələri açıqlayıb.

 

Açıqlamada ABŞ qüvvələrinin Türkiyə-Suriya sərhədindən geri çəkildiyi də qeyd olunub.

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Danışığın detallarını Ağ Ev açıqlayıb. Fərat çayının şərqində terror ünsürlərinə qarşı hazırlanan hərbi əməliyyatların müzakirə edildiyi danışıqda Türkiyənin yaxın zamanda Suriyanın şimalına doğru uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcəyi bilgisi verilib. ABŞ tərəfindən isə Silahlı Qüvvələrinin bu hərəkatı dəstəkləməyəcəyi və daxil olmayacağı qeyd olunub.

 

Daha əvvəl ABŞ Müdafiə Nazirliyi İŞİD terror təşkilatı ilə mübarizəni bəhanə edərək hərbi təchizat və logistika dəstəyi verdiyi PKK/YPG terror təşkilatına onları Türkiyəyə qarşı qoruyacağını sözünü vermişdi.

 

Mənbə: Publika.az

Yoxlama kodu:87223
İrana qarşı şok həmlə 13:11 21 Nov 2019