Təxribatçı erməni qrupu müəyyənləşdi

Bölmə:
İdman ›
Tarix:
04.10.2019
Oxunub:
55 dəfə

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən “Düdelanj”- “Qarabağ” oyununda (1:4) təxribat törədən ermənilər müəyyənləşib.

 

"Oxucu" informasiya verir ki, hadisə “ultraqrup birinci erməni cəbhəsi” adlı qruplaşma tərəfindən törədilib. Bu qruplaşma “Ultras” adlanan feysbuk səhifələrində hadisənin Spartak adı ilə tanınan başçıları tərəfindən törədildiyini açıqlayıb.

 

Qruplaşma oyundan sonra da sakitləşməyib. Onlar “Jozi Bartel” stadionu ilə üzbəüz yerləşən qarajdakı avtomobillərin bəzilərinə ziyan vurub və oğurluq ediblər. Lüksemburq polisi dəstənin axtarışındadır.

 

Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə bir neçə dəqiqə fasilə yaranıb.

 

Mənbə: Qol.az

Yoxlama kodu:69467