AFFA-dan UEFA-ya etiraz

Bölmə:
İdman ›
Tarix:
04.10.2019
Oxunub:
58 dəfə

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın səfərdə “Düdelanj”a qarşı keçirdiyi oyunda baş verən erməni təxribatına AFFA da etiraz edib.

 

"Oxucu" informasiya verir ki, qurumun matçın ilk hissəsində yaşanan təxribatla bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb, narazılığını bildirib. Sabah qitə futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

 

Xatırladaq ki, “Düdelanj” - “Qarabağ” oyununun (1:4) 31-ci dəqiqəsində Ağdam klubunun ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb. Xoşagəlməz hadisədən sonra baş hakim matçı yarımçıq dayandırıb. Təxminən 20 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib.

 

Mənbə: Qol.az

Yoxlama kodu:47108