KXDR nümayəndələri ABŞ-la danışıqlar üçün İsveçə yola düşüb

Bölmə:
Dünya ›
Tarix:
03.10.2019
Oxunub:
151 dəfə

ABŞ-la işgüzar danışıqlar aparmaq üçün İsveçə gedən Şimali Koreyanın nümayəndə heyəti bu səhər Pekindəki Şoudu hava limanına enib.

 

"Oxucu" informasiya verir ki, nümayəndə heyətinə KXDR Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Kim Myon Qil rəhbərlik edir.

 

Pekinə gələnlər arasında Şimali Amerika departamentinin yenidən təyin olunmuş direktoru Çon Çhol Su da olub.

 

ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqanın rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin də tezliklə danışıqlar yerinə gedəcəyi gözlənilir. Ehtimal ki, sabah ilk görüş keçiriləcək, oktyabrın 5-də isə işgüzar danışıqlar olacaq.

 

Görüşlər tamamlandıqdan sonra Şimali Koreya nümayəndə heyəti Moskvaya gedəcək və ardından oktyabrın 7-də Pekinə qayıdacaq.

 

Mənbə: "Report"

Yoxlama kodu:87194
İrana qarşı şok həmlə 13:11 21 Nov 2019