Azərbaycan və İran indiyə qədər əməkdaşlığa dair 160 sənəd imzalayıb

Tarix:
03.10.2019
Oxunub:
50 dəfə

"Ötən il Azərbaycan və İran arasında ticarət dövriyyəsi 74% artıb. Amma iki ölkənin işgüzar və iqtisadi nümayəndələri arasında əməkdaşlığı genişləndirmək üçün hələ də potensial mövcuddur".

 

"Oxucu" informasiya verir ki, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbrizin Ticarət Palatasının rəhbəri Yunes Jal ilə görüşdə deyib.

 

O, ölkələrin işgüzar fürsətlərdən və iqtisadi aktivlikdən istifadə edərək ikitərəfli ticari-iqtisadi əlaqələri genişləndirəcəklərinə ümidvar olduğunu bildirib.

 

Diplomat həmçinin son illər iki ölkə prezidentlərinin ikitərəfli münasibətləri möhkəmləndirmək üçün 12 dəfə görüşdüyünü xatırladıb. Səfir ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün hər iki tərəfin effektiv addımlar atdığını, İran və Azərbaycanın özəl sektorun imkanlarından istifadə etməli olduğunu diqqətə çatdırıb.

 

B.Hüseynov nəqliyyat sektorunun ixracın inkişafında ən vacib amil olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan və İranın tranzit sahəsində əməkdaşlığı iki ölkənin ixrac imkanlarının genişlənməsinə öz töhfəsini verəcək.

 

Səfir qeyd edib ki, Azərbaycan ilə İran arasında 160 əməkdaşlıq memorandumu imzalanıb.

 

Mənbə: "Report"

Yoxlama kodu:40367