"Qəbələ" APOEL-ə qarşı

Bölmə:
İdman ›
Tarix:
02.10.2019
Oxunub:
52 dəfə

"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

 

"Oxucu" informasiya verir ki, Çempionlar Liqasında çıxış edəcək “qırmızı-qaralar” I mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşacaq. Nikosiyanın “Makarion” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Qeyd edək ki, "Qəbələ" artıq tarixində 3-cü dəfədir UEFA Gənclər Liqasında qüvvəsini sınayır. "Qırmızı-qaralar" 2016/2017 və 2018/2019 mövsümlərində bu turnirdə iştirak edib.

 

2 oktyabr

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, ilk oyun

 

18:00. APOEL (Kipr) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Furkat Atacanov (Qazaxıstan)
Nikosiya. “Makarion” stadionu

 

Mənbə: Qol.az

Yoxlama kodu:27032