Rafiq Quliyev Moskvada medala layiq görülüb-FOTOLENT

Tarix:
01.10.2019
Oxunub:
54 dəfə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya sənətləri kafedrasının müdiri professor Rafiq Quliyev Moskvada işgüzar səfərdə olub.

 

Universitetdən Oxucuya verilən məlumata görə, ADMİU-nun kafedra müdiri Ümumrusiya Dövlət Kinomatoqrafiya İnstitutunun (VQİK) 100 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib. Tədbirdə dünyanın ilk kino məktəbinin bəzi məzunlarına “ÜDKİ-100” medalı təqdim olunub. Mükafatlandırılanlar arasında ADMİU-nun professoru Rafiq Quliyev də olub.

 

Xatırladaq ki, Rafiq Quliyev 1987-ci ildə ÜDKİ-nin “Kinooperatorluq” fakültəsini fərqlənmə ilə bitirib.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:28830