Nişanlısı ilə cinsi əlaqəyə girən jurnalist həbs olundu

Bölmə:
Maraqlı ›
Tarix:
01.10.2019
Oxunub:
58 dəfə

Mərakeşdə jurnalist Həcər Raissouni ailə qurmadan nişanlısı ilə cinsi əlaqəyə girdiyi üçün 1 illik həbsə məhkum edilib.

 

"Oxucu" informasiya verir ki, Mərakeş prokurorluğunun bu addımı ciddi beynəlxalq reaksiyaya səbəb olub.

 

İnsan Haqlarının Müşahidəsi Təşkilatı könüllü cinsi əlaqəyə girməyin insan haqqı sayıldığını, Mərakeşin bu haqqı BMT-nin Mədəni və Siyasi Haqlarala bağlı beynəlxalq konvensiyanı imzalamaqla tanıdığını elan edib.

 

Qeyd edək ki, jurnalist avqustda sudanlı nişanlısı ilə Rabat şəhərində xəstəxanadan çıxarkən saxlanılıb. Qəzetçinin özü qanunsuz cinsi əlaqəyə girməsi haqda iddiaları rədd edir.

 

Beynəlxalq insan haqları qurumları elan edirlər ki, jurnalist saxlanıldıqdan sonra məcburi ginikoloji müayinəyə məcbur edilib, bu da onun iradəsindən kənar olduğu üçün insan haqlarına ciddi müdaxilədir.

 

Qeyd edilir ki, Həcər Raissouni ölkədə populyar jurnalistdir və iqtidarı tənqid edən müstəqil qəzetdə işləyir.

 

Mənbə: Teleqraf.com

Yoxlama kodu:59761