Sənəd qəbulu başa çatıb

Tarix:
01.10.2019
Oxunub:
62 dəfə

2020-ci ildə Almaniyada keçiriləcək “İqtisadi kooperasiya” üzrə ixtisasartırma və təcrübə kursunda iştirak etmək üçün 50-dən çox gənc sahibkar və menecer Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib.

 

KOBİA-dan Oxucuya daxil olan informasiyaya görə, müraciətlərin dəyərləndirilməsi və uyğun namizədlərin seçilməsi üçün Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssisləri tərəfindən oktyabr ayında KOBİA-da müsahibə təşkil olunacaqdır.

 

2009-cu ildən etibarən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində indiyədək 419 sahibkar və menecer Almaniyanın müxtəlif şəhərlərində yerləşən tədris mərkəzlərində treninq və istehsal müəssisələrində təcrübə keçiblər. Proqramda iştirak müsabiqə əsasında həyata keçirilir. Bir ay davam edən kurs müddətində yeni bilik və bacarıqlara, beynəlxalq təcrübəyə yiyələnən, Almaniyanın qabaqcıl şirkətləri ilə əlaqələr quran sahibkar və menecerlər ölkəmizdə yeni məhsul və xidmətlər yaradıb, mövcud sahibkarlıq fəaliyyətlərini genişləndiriblər.

 

Məlumat üçün bildirək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın Azərbaycan üzrə əlaqələndiricisi KOBİA, Almaniya tərəfindən isə GİZ-dir.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:85886