Sürücülər bu yolda diqqətli olsunlar

Bölmə:
Cəmiyyət ›
Tarix:
01.10.2019
Oxunub:
104 dəfə

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 01-05 oktyabr tarixlərində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 11-120-ci km-lik hissəsində (hər iki istiqamət üzrə) təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

 

Oxucu AAYDA-ya istinadən xəbər verir ki, bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:22512