Ev alan jurnalistlərə şad xəbər!

Bölmə:
Cəmiyyət ›
Tarix:
01.10.2019
Oxunub:
97 dəfə

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində, saat 10:00-da ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.

 

Oxucu informasiya verir ki, tədbir oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq.

 

Tədbirdə iştirak etmək istəyənlər üçün əlaqə: Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov - 050-235-30-33

 

Mənbə: “İki sahil”

Yoxlama kodu:34726